Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Xəqani Günəşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xəqani Günəşov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 37-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Xəqani Ağaisa oğlu Günəşov tutulub.
Xəqani Günəşov ötən ilin oktyabrın 14-də günorta saatlarında A.Qurban küçəsində 1991-ci il təvəllüdlü Kamil Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinib.
Hacı Zeynalov