23 Fevral 2016 12:17
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bibiheybət qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Eldar Bəkirov üzərinə benzin tökərək özünü yandırıb. O, hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya aparılıb.

Xəstəxanada ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Eldar Bəkirov özünü yandıran zaman sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: