26 Fevral 2016 12:49
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən Vasif Namazov, Vicahid Xəlilov və Elçin Xeyirxəbərov tutulub.

Onların Göygöl rayon sakinləri Xəqani Verdiyevə məxsus evdən 800 manat, Sona Əsgərovaya məxsus evdən 700 manat, 5000 manat dəyərində qızıl əşyalar və sənədlər oğurlamaları müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: