Gəncədə bıcaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Bala Bağban yaşayış massivində baş verib. Bıçaqlanan 37 yaşlı Elnur Məmmədov döş qəfəsinin kəsilmiş deşilmiş yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib.
Əməliyyat edilən Elnur Məmmədovun vəziyyəti orta ağırdı. Faktla bağlı araşdırma aparılır.