1 Mart 2016 12:54
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Göygöldə törədilən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə fevralın 29-da, Göygöl rayonunun Çaykənd kəndində qeydə alınıb.

Məlumata görə, kənddə Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılıb. 92 yaşlı kişinin tənha yaşadığı bildirilir.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Göygöl Rayon Prokurorluğunda isə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə öldürülüb. Naməlum şəxs yaşlı kişini bıçaqlayaraq qətlə yetirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər