13 Aprel 2016 12:03
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Hacıxanım Mustafa qızı Mehdizadə damda özünü asaraq öldürüb. Hacıxanım Mehdizadə bir neçə gün əvvəl 11-ci siniflərin mərkəzləşdirilmiş sınaq imtahanı zamanı az bal toplayıb. Buna görə də 17 yaşlı qız valideynləri tərəfindən danlanıb.

Bundan sonra o, intihar edib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər