14 Aprel 2016 13:30
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən il oktyabrın 10-da Novxanı qəsəbəsində baş verib. Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovu başını kəsərək onu öldürüb.

Məlum olub ki, Səringül Novxanı qəsəbəsində kafelərdən birində ofisiant işləyib. Hadisə baş verən günü Anar onu zorlamaq istəyib. Bu zaman da qanlı cinayət hadisəsi törədilib.

İstintaqa ifadə verən Səringül Ramazanova hadisənin təfərrüatını belə açıqlayıb: “Məni təhqir etdi, dedim ki, Anar, o söyüşü sənə yedizdirəcəyəm. Sonra məni sillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü. Peşman deyiləm. Özümü təqsirli sayıram, amma peşmançılıq çəkmirəm. Başqası olsaydı da, eyni şeyi edərdim”.

Səringül Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olub. Dəfələrlə yarışlarda iştirak edib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləbndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Səringül Ramazanova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər