18 Aprel 2016 14:39
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu söyüş üstündə öldürməyə cəhd edən İsbat Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən il Qobustan rayon sakini Nicat Cəbrayılov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, Nicat Cəbrayılov qonşusu İsbat Hümbətov tərəfindən bıçaqlanıb. Qonşular arasında mübahisə olub və Nicat Cəbrayılov İsbat Hümbətovu söyüb. Bu zaman əsəblərini cilovlaya bilməyən İsbat Hümbətov bıçağa əl atıb. O, Nicat Cəbrayılova bir neçə zərbə vurub.

Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş İsbat Hümbətov tutulub.

İsbat Həsənov Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham edilir. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 25-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif: