21 Aprel 2016 10:07
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 80 yaşlı Abbasəli Hüseynov həyat yoldaşı Nisə Kərimovanı bıçaqlayıb.

Çoxsaylı bıçaq xəsarəti alan Nisə Kərimova hadisə yerində ölüb. Abbasəli Hüseynov polis əməkdaşları tərəfindən həbs edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: