27 Aprel 2016 13:06
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda kriminal aləmə yaxınlığı ilə tanınan şəxslərin həbs edilməsi üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Sabunçu Rayon Polis İdarəsi və 12 polis bölməsi əməkdaşları keçirib.

Keçirilən əməliyyat nəticəsində kriminal aləmdə nüfuza malik olan “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova və “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevə yaxınlığı ilə seçilən 12 nəfər həbs edilib. Kriminal aləmin üzvlərinə qarşı əməliyyat rayonun Sabunçu qəsəbəsində keçirilib.

Bundan başqa, Sabunçu qəsəbədə yaşayan 1985-ci il təvəllüdlü Kamil Quliyev, 1983-cü il təvəllüdlü Namiq İbayev, 1981-ci il təvəllüdlü Namiq Həşimov, 1985-ci il təvəllüdlü Orxan İbrahimov həbs ediliblər. Onlar 12-ci polis bölməsinə gətiriliblər. Onlardan narkotik və silah-sursat aşkar edilib.

Eyni əməliyyatın davamı olaraq Sabunçu qəsəbəsində məskunlaşan Gürcüstan vətəndaşı, 1981-ci il təvəllüdlü Samir Əliyev də saxlanılıb. Ondan 2,320 qram heroin və 1 ədəd süngü bıçaq və avtomat silah aşkar olunub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının Bakxanov qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 1989-cu il təvəllüdlü Məhərrəm Məmmədov həbs edilib. Ondan “Makarov” tipli tapança aşkar olunub.
Qeyd edək ki, aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahl insident baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub.

Bu hadisənin də kriminal aləmə yaxınlığı ilə seçilən şəxslərlə əlbir olması ehtimal olunur. Bu qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Sabunçu rayonunda əməliyyat keçiriblər. İlkin ehtimala görə, kriminal aləmin avtoritetlərinin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi də Sabunçu rayonunda keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş “AKM” markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus “VAZ-2104” markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş “Naqan” tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülüb.

N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilib.

Nazirliyin daha bir rəsmi məlumatında qeyd olunur ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Məhərrəm Məmmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron götürülüb.

Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Sultan İsayevdən “AKS” markalı silah, 25 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər