Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mərdəkan qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb.
Buzovna qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Uğur Məmmədov çimərlikdə quraşdırılmış günəş çətirinin tavanında özünü asaraq ölüb. Uğur Məmmədovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov