Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qullar kəndində qeydə alınıb.
Kənd sakini, 1963-cü il təvəllüdlü Şamil Novruzov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə rayon xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, Şamil Novruzov ailə münaqişəsi zəminində yeznəsi, 1984-cü il təvəllüdlü Akif Umarov tərəfindən bıçaqlanıb. Akif Umarov mübahisə zamanı qayınatası Şamil Novruzova xəsarət yetirərək hadisə yerindən qaçıb.
Balakən rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Akif Umarov həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov