Bakının Yasamal rayonunda əcnəbi vətəndaş qarət olunub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun İ.Əbilov küçəsi, 35 ünvanı qarşısında qeydə alınıb.
“Azərsu” Səhmdar Cəmiyyətinin nəzdində olan Sever kompaniyasının müdiri – Fransa vətəndaşı, 1963-cü il təvəllüdlü Karvonel Altinin velosepedi naməlum şəxs tərəfindən oğurlanıb.
O, baş verən oğurluq hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə ərizə ilə müraciət edib. Hazırda oğurluq hadisəsini törədən şəxsin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov