13 May 2016 13:59
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astaradakı dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Ələt-Astara magistralında 2 nəfər ölümü, 9 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Teleqraf.com-a bildirib ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Astara rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını poza, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Eldar Sultanov qeyd edib ki, hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilərək tutulması istiqamətində təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 2 sərnişinin öldüyü, 9 nəfərin müxtəlif bədən xəsarətləri aldığı bildirilib.

Ölənlər - rayonun Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Sabir qızı Əliyeva və 1981-ci il təvəllüdlü Ramin Salam oğlu Quliyev, yaralananlar - Ərçivan kənd sakinləri 1992-ci il təvəllüdlü Tural Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, 2003-cü il təvəllüdlü Maral Fərhadova, 1965-ci il təvəllüdlü Pərinisə Baxşıyeva, Qəcimardə kənd sakini 1961-ci il təvəllüdlü Xudaşirin Əliyev, Çayoba kənd sakini 1957-ci il təvəllüdlü Məhərrəm Əliyev, Şiyəkəran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Astara şəhər sakini 1961-ci il təvəllüdlü Gülzar Camalova və Maşxan kənd sakini 1963-cü il təvəllüdlü Malik Salmanovdur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər