Füzuli rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, Böyük-Bəhmənli kənd sakini Məqsəd İsmayılov polis şöbəsinə müraciət edib və bildirib ki, kənd ərazisində qonşusu Arif Əliyevin münaqişə zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açıb.
Füzuli rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arif Əliyev saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ” markalı tüfəng götürülüb.
Hacı Zeynalov