İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində saxta pulla yanacaq alıblar.
Teleqraf.com xəbər verir ki, məntəqədə operator işləyən Asif Mirzəzadə İsmayıllı rayon polis şöbəsinə müraciət edib.
O, bildirib ki, martın 18-də “VAZ-21015” markalı avtomobilin naməlum sərnişininin saxta 50 manatlıq əskinas verərək 10 manatlıq yanacaq doldurmasını və ona 40 manat pul qaytarmasını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Asim Süleymanov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 19-da rayon sakini R.Nuriyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırması da müəyyən edilib.
Hacı Zeynalov