Bakının Sabunçu rayonunda 21 yaşlı qız qaçırılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11 ünvanında yerləşən gözəllik salonunun qarşısında baş verib.
Mayın 26-da, saat 20 radələrində gözəllik salonundan çıxan 1995-ci il təvəllüdlü G. H. zorla avtomobilə mindirilib və oradan aparılıb.
21 yaşlı qızın atası 13-cü polis bölməsinə ərizə ilə müraciət edərək, bildirib ki, qızını zorla qaçırıblar. Onun sözlərinə görə, qızını evlənmək məqsədilə qohumları olan 1985-ci il təvəllüdlü Sabir Cəfərov qaçırıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov