Sumqayıt şəhərində tələbənin intihar etməsi ilə bağlı cinayət işi başlanıb.
Sumqayıt Şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, Ağdam rayon Mirəşelli kənd sakini 1996-cı il təvəllüdlü Əfqan Məmmədovun intihar etməsi ilə bağlı prokurorluqda araşdırmalar davam edir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq aparılır.
Qeyd edək ki, intihar hadisəsi Əfqan Məmmədovun Sumqayıt şəhərində kirayə qaldığı evdə baş verib. Əfqan Məmmədov Sumqayıt Dövlət Univeristetinin 3-cü kurs tələbəsidir.
Əfqan Məmmədovun intiharı ilə bağlı yeni təfərrüatları məlum olub. Əfqan Məmmədovun dostlarından əldə olunan xəbərə görə, mərhumu ipdən asılı vəziyyətdə ilk görən onun otaq yoldaşları olub.
Aprelin 5-də, gecə saat 04:50 radələrində Əfqan Məmmədovun otaq yoldaşlarından biri mətbəxdə onu ipdən asıldığını görüb və digər otaq yoldaşını köməyə çağırıb. Yoldaşları ipi kəssələr də, onun həyatını xilas edə bilməyiblər. Mərhumun üzərində məktub olmayıb.
Yoldaşları Əfqan Məmmədovun oxuduğu ali məktəbdə də hər hansı problemi olmadığını, sevgi məsələsinə görə intihar etdiyini ehtimal etdiklərini bildiriblər.
Hacı Zeynalov