8 İyul 2016 13:21
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Rindi-Şeyda” tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilən tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şərifdir. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada rolları teatrın aktyorları - Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edib.

Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlının poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.


Müəllif: