8 İyul 2014 11:48

İyulun 5-də oğlunu itirən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, bəstəkar Xanım İsmayılqızı övladı Fəridə şeir həsr edib.

Teleqraf.com-un məlumatına görə, X.İsmayılqızı Facebook sosial şəbəkəsində ona dəstək və dərdinə şərik olan insanlara təşəkkür edib: “Şeirlərimi, nəğmələrimi bölüşə-bölüşə sizlərə necə doğmalaşdığımı anladım. Neçə gündü dərdimin içindəyəm. Bu günlərimi mənimlə bölüşərək, yanımda olduğunuza görə, hər birinizə minnətdaram. Kaş ki... Bütün yazılanları oxudum. Gecənin üzünü sizin dualarınızla örtürəm. Çox sağ olun”.

Şairənin qəflətən ürək tutmasından dünyasını dəyişən oğluna həsr etdiyi şeiri təqdim edirik:

Susuzluqdan yanıram,
Ovcunda su ver içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
Gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum....
OĞLUM...


Müəllif: