23 Aprel 2014 17:04
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyində şairə Nurəngiz Günün 75 illik yubileyi münasibəti ilə yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, Milli Məclisin deputatları Nizami Cəfərov, Qənirə Paşayeva, iştirak edib.

Mərasimi giriş sözü ilə Xalq yazıçısı Anar açıb"Nurəngiz xanım həm gözəl xanımdır, istedadlı şairədir. Onun yaradıcılığı bizim ədəbiyyatımızda və mədəniyyətimizdə unikal yer tutur. Mən də Yazıçılar Birliyi adından Nurəngiz xanımı təbrik edirəm".

Daha sonra tədbiri aparması üçün söz şair Səlim Babullaoğluya verildi. O, da öz növbəsində Nurəngiz Günü təbrik etdi.

Xalq şairi Sabir Rüstəmxanlı N.Günün şeirlərini Azərbaycan ədəbiyyatında təzə nəfəs, yeni dəsti-xətt kimi qiymətləndirib: "Yadımdadır ki, vaxtilə Nurəngiz gün televiziyada çalışanda biz hamımız istəyirdik ki, məhz onun vaxtında televiziyaya çıxaq. Çünki onu həm də şairə kimi özümüzə doğma bilirdik. Nurəngiz Günün şeirlərində azadlıq yanğısı var və bu cəhət onun şeirlərini həmişə sevdirəcək".

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Hüseynbala Mirələmov, AYB-nin katibi Fikrət Qoca və Tənzilə Rüstəmxanlı çıxış etdilər.

Sonda Nurəngiz Gün tədbir iştirakçıları üçün şeir oxudu.

Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Onun ilk əsəri 1987-ci ildə “Ulduz” jurnalında dərc edilən “Tanrı” povesti olub. 1986-cı ildə “Ağ qanadlar” və 1990-cı ildə “Günəşə dua” kitablarını qələmə alıb.


Müəllif: