17 Aprel 2017 17:39
4 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ustad şair Vaqif Bayatlı Odərin səhhəti yenidən Türkiyə tibbinə həvalə olunacaq.

“Bir neçə ay öncə Vaqif müəllim beyin əməliyyatı keçirdi. Bildiyiniz kimi əməliyyat uğurlu oldu. Həkimiylə danışdıq bu günlərdə, nəzarət baxışı üçün bu ayın sonu yenidən Türkiyəyə gedəcəyik. Səhhəti imkan verərsə, elə Memorial xəstəxanasında ürək əməliyyatı olunacaq”...

Bu sözləri Teleqraf.com-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı deyib.

“Bəs hal-hazırda şairin vəziyyəti necədir”? - sualına isə Tamam Bayatlı belə cavab verib: “hal-hazırda psixoloji olaraq özünü əməliyyata hazırlayır. Məndən başqa heç kimlə ünsiyyətə girmir. Diqqətiniz üçün təşəkkür edirəm”.


Müəllif: Nərmin Muradova