20 Aprel 2017 20:26
2 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilmir, öyrənər də. Vəfanın hələ nə yaşı var…

Teleqraf.com xalq artisti, tanınmış aktrisa Vəfa Zeynalovanın Tarkovskini, Stanislavskini tanımaması ilə bağlı həmkarlarından münasibət öyrənib. Cavabları təqdim edirik:

Xalq artisti Rasim Balayev:

“Nə olacaq ki? Bilmir, öyrənər də. Vəfanın hələ nə yaşı var…”

Xalq artisti Firəngiz Mütəllimova:

“İnsan sual-cavab zamanı bildiyini belə unudur. Məsələn, mən evdə intellektual verilişləri izləyəndə sualları cavablandırıram. Amma həmin zaman efirdə olsam, bəlkə də çaşa bilərəm. Vəfa neçə ildir teatrda işləyir və savadsız xanım deyil".

Əməkdar artist Mehriban Xanlarova:

"Həmin dəqiqə ola bilər ki, Vəfanın beynində başqa fikirlər olub, suallara cavab verə bilməyib. Bu, o demək deyil sualların cavabını bilmir. İndi məndən hansısa sualı soruşsanız bilməyəcəyəm, çünki hazırda beynim işləmir. Biz biri yıxılanda baltalamağa çalışırıq. İnanmıram Vəfa xanım onları bilməsin. Bilməsə belə, bu kimi hallar hər bir insanda olur. Çünki hərdən yaxınlarımızın belə adını unuduruq. Nə isə qlobal məsələ olub? Dünya dağıldı? Olub olub da".

Rəqsanə


Müəllif: