8 Sentyabr 00:43

Emil Quliyevin rejissorluğu, Orxan Mərdanın baş prodüserliyi ilə çəkilən yeni “İkinci pərdə” filminin tizeri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, sosial dram janrında olan filmin tizeri marağa səbəb olub. Belə ki, evə gəlib həyat yoldaşını başqa kişi ilə görən ər hər ikisinin qatilinə çevrilir. Lakin sonra baş verəcək hadisələr hələ sirr olaraq qalır.

Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.

Filmin “Pərdə” adlanan birinci hissəsi ötən il kinoteatrlara çıxıb. “İkinci pərdə”nin premyerası bu il noyabrın 16-a planlaşdırılır.

Qeyd edək ki, bütün hüquqlar “O2 media”ya məxsusdur.

Teleqraf.com “İkinci pərdə” filminin informasiya dəstəkçisidir.


Müəllif: Könül