16 Sentyabr 08:17

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı şəhid olanların xatirəsinə həsr edilən klip çəkilib.

Teleqraf.com xəbər verir ki, “15 iyul gecəsi” adlı klipin mahnısını xalq artisti Azərin ifa edib. Mahnının sözləri Çingiz Numanoğluna, musiqisi isə gənc bəstəkar Zümrüd Tağıyevaya məxsusdur.

Klipdə Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı demokratiyaya sadiqlik nümayiş etdirərək, qəhrəmancasına şəhid olan vətəndaşların xatirəsinin daim yaddaşlarda yaşayacağı diqqətə çatdırılır.

Xatırladaq ki, ötən il 15 iyul gecəsi FETÖ-çular qiyam təşkil edərək, yüzlərlə günahsız insanın ölümünə səbəb olmuşdular.


Müəllif: Könül