8 Fevral 15:16

Tamaşaçılar düşünə bilər ki, mənə səhərlər informativ verliş aparmaq çətin olar.

Bu barədə Teleqraf.com-a açıqlamasında aparıcı Azər Axşam özü deyib. Onun sözlərinə görə müdiriyyət onu səhər verilişinə keçirdib və ona ehtiyacı olduğunu bildirib:

“Mən televiziya işçisiyəm, ona görə də razılıq verdim. Lakin planımızda axşam layihəsi də var. Hər zaman əyləncə verlişlərində aparıcılıq etmişəm. Tamaşaçılar düşünə bilər ki, mənə səhərlər informativ verliş aparmaq çətin olar, ancaq bu sahə mənə çətin gəlsəydi, çoxdan aparıcılıqdan uzaqlaşardım”.

Televiziyalarda maraqlı və uzunmüddətli verlişlərin olmamasından şikayətlənən şoumen onu da deyib ki, kim pul tapa bilirsə, onu televiziyalara aparıcı kimi qəbul edirlər:

“Mənim kimi aparıcılara heç nə çətin gəlmir. İndi problem başqadı. Kimin sponsoru var, hardansa pul tapa bilirsə, onu televiziyalara aparıcı kimi qəbul edirlər. Buna görə televizyalar acınacaqlı gündədir. Aparıcı seçərkən onun nə savadına, nə də danışıq qabiliyyətinə baxırlar. Əsas odur ki, sponsoru olsun. Sponsor tapanlar isə fikirləşirlər ki, əgər sponsoru özüm tapmışamsa, elə aparıcı da özüm olum. Televiziyalar isə aparıcı olmaq istəyənlərə məhz bu cür pis şərtlər qoyur. Yəni sponsor tap, vəssalam. Mən yaradıcı insanam, niyə sponsoru mən tapmalıyam? Bu səbəbdən də maraqlı və baxımlı verlişlərin sayı azdır. Bu cür halların aradan qaldırılması üçün aparıcılar və şoumenlər üçün də prodakşn yaradılmalıdır”.

Qeyd edək ki, Azər Axşam bir müddət öncə ATV-də yaımlanan “ATV səhər” verilişinin aparıcısı təyin edilib.


Müəllif: İradə Musayeva
Загрузка...