2 Aprel 2018 15:27
2 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur serial “Qurdlar vadisi”nin yaradıcısı Raci Şaşmazın şirkəti məhkəməyə verilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb şirkətin İstanbulda insanlardan kirayələdiyi torpaqların pulunu verməməsi olub.

Dələduzluqda ittiham olunan “Səlimoğlu inşaat” şirkətinin 320-dən çox vətəndaşa borclu olduğu bildirilib.

Vətəndaşların sözlərinə görə, şirkət 1 il müddətinə kirayə haqqını ödəməyib. Daha sonra isə şirkət sahibləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Məsələ ilə bağlı Raci Şaşmaz mətbuata açıqlama verib. Onun sözlərinə görə, “Səlimoğlu inşaat”ın bəzi yüksək vəzifəli şəxsləri dələduzluq yolu ilə vətəndaşların haqlarını tapdalayıb:

“Bu səbəbdən hazırda çıxılmaz vəziyyətdəyik. Vətəndaşlara olan borclarımızı qaytarmağa çalışacağıq”.

Qeyd edilib ki, Raci Şaşmazın rəhbərlik etdiyi şirkət vətəndaşlarla 2,5 illik müqavilə bağlayıb.


Müəllif: Samir