19 İyul 2015 19:42

Yola salınan teatr mövsümü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün də əlamətdar olub.

Teatrın direktoru, professor İsrafil İsrafilov bildirib ki, 142-ci teatr mövsümündə tamaşaçılara bir çox uğurlu səhnə əsərləri təqdim ediblər. On ay ərzində 12 tamaşanı təhvil verdiklərini qeyd edən direktor yeni mövsümdə də tamaşaçıları maraqlı teatr əsərlərinin gözlədiyini vurğulayıb. Yeni mövsümdə teatrın repertuarına Qriqori Qorinin "Herostratı unudun", Afaq Məsudun "Kərbəla", Lev Tolstoyun "Hacı Murad", Sofoklun "Antiqona" və Qoqolun "Müfəttiş" kimi əsərləri də daxil olacaq və onlara müxtəlif sənət meyarları olan rejissorların quruluşunda baxa biləcəyik.

Ötən dövrün qastrol səfərləri və festival uğurları ilə də yadda qaldığını deyən İ.İsrafiov qarşıdakı mövsümdə daha bir neçə beynəlxalq festivala dəvət aldıqlarını və dünyanın bir sıra məşhur teatrlarının tamaşalarını akademik teatrın səhnəsində görə biləcəyimizi bildirib.


Müəllif:
Загрузка...