22 İyun 2014 00:35

Obama, Olland, Merkel və Kameron Poroşenkonun təşəbbüsünü müdafiə etdilər

Rəsmi Kiyevin Ukraynanın şərq bölgələrində, xüsusən, Donbassda sülhyaratma planı dünya ictimaiyyəti tərəfindən çox müsbət qarşılanıb. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bunu bu gün verdiyi açıqlamada Ukrayna prezidenti Petro Poroşenko bildirib.

Poroşenkonun sözlərinə görə, təklif olunan sülh planını ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniyanın federal kansleri Anqela Merkel və Böyük Britaniyanın baş naziri Devid Kameron da bəyənib.

O, vurğulayıb ki, sülhyaratma missiyası və Ukrayna silahlı qüvvələrinin yaranmış vəziyyətdə davranışı çox yüksək dəyərləndirilib: “Hazırda Ukrayna hərbçilərinin koordinasiya olunmuş fəaliyyəti göstərir ki, biz dövləti qorumağı bacarırıq”.

Nail Cəlil


Müəllif: