9 İyul 2016 00:14
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO-nun Rusiya ilə müntəzəm və mənalı dialoqa ehtiyacı var və bunu zəruri hesab edirik."

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, bu sözləri NATO-nun Varşava Sammiti zamanı Lüksemburqun baş naziri Xavier Bettel bildirib.

Baş nazir sonra Twitter səhifəsində belə yazıb: "NATO-nun sammiti: Rusiya ilə müntəzəm, ədalətli və mənalı dialoq."

Ümumiyyətlə, bir müddət əvvəl NATO baş katibi Yens Stoltenberq bu sammitin Rusiya ilə konstruktiv dialoq üçün yaxşı fürsət olduğunu bildirib. Onun sözlərinə görə, bütün müttəfiqləri bu birləşdirir.

Öz növbəsində, cümə günü, ev sahibi, Polşanın xarici işlər naziri Witold Waşikovskiy jurnalistlərə açıqlamasında deyib ki, Rusiya Qərb ölkələrinə qarşı imperiya və düşmən siyasəti aparır.


Müəllif: