16 İyul 2016 12:40

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Türk Silahlı Qüvvələrinin yüksək çinli generalları bu prosesdə qanuni hakimiyyətin yanında olub və çevrilişə cəhd edən ordunun müəyyən qruplarına qarşı əməliyyat həyata keçirib.

Teleqraf.com xəbər verir ki, indiyə qədər Türkiyə hərbi rəhbərliyinin əlaqə saxlaya bilmədiyi yeganə şəxs var.

Bu şəxs Türkiyə ordusunda kilid isimlərdən biri hesab olunur.

Söhbət Donanma komandanı Veysel Köseledən gedir. Admiralın çevriliş həyata keçirən əsgəri güclər tərəfindən əsir alındığı haqda xəbərlər var.

Türkiyə Baş Qərargahının rəsmisi Ümid Dündar bəyan edib ki, bu ana qədər əlaqə qura bilmədikləri komandanlar içərisində Veysel Kösele də var.

Nemət


Müəllif:
Загрузка...