16 İyul 2016 15:15

Türkiyədə hərbi çevrilişə cəhd ölkə ordusunu nüfuzdan salma planıdır.

Bunu Paris Universitetinin Mədəni diplomatiya kafedrasının müdiri və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Naciye Selin Şenocak deyib.

Onun sözlərinə görə, çevrilişə cəhddə bütün Türkiyə ordusu deyil, hərbçilərdən ibarət kiçik qrup iştirak edirdi: "Həmin qrupun Fətullah Gülən (hazırda ABŞ-da yaşayan İslam din xadimi) hərəkatı ilə sıx bağlantısı olub.
Ekspert qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin terrorla aktiv mübarizəsi fonunda hərbçi çevrilişə cəhd təsadüfi deyil: "Türkiyə belə hadisələrin təkrarlanmaması üçün tezliklə Gülənin ABŞ-dan ekstradisiyasına nail olmalıdır. ABŞ Türkiyə qarşısında öz imicini qorumaq üçün Güləni ekstradisiya etməlidir. Əks halda Türkiyə ABŞ-ı terrorçuluğu dəstəkləyən ölkə kimi qiymətləndirəcək".

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir. (Trend)


Müəllif:
Загрузка...