21 İyul 2016 15:03
276

Türkiyənin XI prezidenti Abdulla Gül bu gün Ankarada prezident Rəcəb Təyyub Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, Baş Qərargah rəisi Hulisi Akar və baş nazir Binəli Yıldırımla görüşəcək.

Teleqraf.com xəbər verir ki, sabiq prezident Abdulla Gül Türkiyə rəhbərliyi ilə iyulun 15-də baş verən dövlət çevrilişi cəhdi ilə bağlı müzakirə aparacaq.


Məlumata görə, Abdulla Gül ilk olaraq baş nazirlə müzakirələr aparacaq. Bunun ardınca spikerlə görüşə qatılan sabiq prezident daha sonra Baş Qərargahda general-polkovnik Hulisi Akarla fikir mübadiləsi aparacaq.

Abdulla Gül sonda prezident Rəcəb Təyyub Ərdoğan tərəfindən qəbul ediləcək. Türkiyə mediası xəbər verir ki, səhər saatlarında İstanbuldan Ankaraya yollanan sabiq prezident artıq paytaxta çatıb.

Nemət


Müəllif: