25 İyul 2016 13:28
477

"Avropa İttifaqının ölüm cəzasının mümkün bərpası ilə əlaqədar Türkiyəyə göstəriş vermək haqqı yoxdur".

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" telekanalına müsahibəsində bildirib.

"Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur. Biz Avropa dəyərlərini qoruyuruq. Avropa rəsmiləri tez-tez öz fikirlərini bildirir. Amma bunu hədə şəklində eləmək lazım deyil", - deyə M.Çavuşoğlu vurğulayıb.

***

"Ankara ölüm hökmünü bərpa etsə, Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlar dayandırılacaq".

Teleqraf.com Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Jan-Klod Yunker deyib.

Xatırladaq ki, iyunun 15-də Türkiyədə hərbi çevrilişə cəddən sonra Türkiyədə ölüm hökmünü bərpa etməklə bağlı təklif gündəmə gəlib. Məlum hadisələr zamanı 240 nəfər həyatını itirib.

Türkiyədə ölüm hökmü 2004-cü ildə ləğv edilmişdi.

Samir


Müəllif: