10 İyul 2014 11:13
827

Türkiyədə prezidentliyə namizəd Ekmələddin İhsanoğlu MHP-nin Ayvansaray Surdibindəki mərkəzində iftar süfrəsi verərkən olay yaşanıb.

Teleqraf.com xəbər verir ki, İhsanoğlu ilə görüşə gələn insanlarla namizədi qoruyan mühafizə polisi arasında qarşıdurma yaşanıb. Polislər insanların qarşısını kəsmək istəyərkən narazılıq yaranıb.

MHP üzvləri polisin onların qarşısını kəsməsinə etiraz ediblər. Tərəflər arasında əlbəyaxa dava düşüb. Polislərdən biri biri havaya atəş açıb.

MHP polisin hərəkətini pisləyib. Qeyd olunub ki, İhsanoğlunun mühafizəsini özəl təşkilatla yanaşı, polislər də qoruyur. Havaya atəş açan polisin təxribatçı olub-olmaması araşdırılır.

Baş verən hadisə ilə bağlı İhsanoğlu da açıqlama verib. O, olayı pisləyib.

Ruslan Xəlil


Müəllif: