24 Aprel 2017 12:47
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun Balıkəsir səfəri zamanı hərbi mərasimlə qarşılanması Türkiyə hökumətini hərəkətə gətirib.

Teleqraf.com xəbər verir ki, Müdafiə naziri Fikri İşıq bildirib ki, bu məsələni araşdırmaq Təftiş Məclisinin vəzifəsidir və istintaq başlaya bilər.

Hərbi Hava Qüvvələri komandanı general Abidin Ünal CHP liderinin ali komandanlıqda hərbi mərasimlə qarşılanmasına münasibət bildirib:

“Araşdırma baş qərargah rəisinin göstərişi ilə başlanıb. Mən araşdırmanı başa çatdırdım və təqdim etdim. Deyə bilərəm ki, bu məsələdə qəsd yoxdur, qüsur var”.
Xatırladaq ki, Türkiyədə referendum öncəsi CHP lideri Kılıcdaroğlu Balikəsir və onun rayonlarını ziyarət edib.

CHP liderinin olduğu xüsusi təyyarə vətəndaşlar üçün də istifadə edilən VI Əsas Hərbi Aviasiya Baza Komandanlığının hava limanında yerə enib. Burada xüsusi hərbi mərasim qrupu Kılıcdaroğlunu qarşılayıb.

Hazırda bu məsələ Türkiyə siyasi dairələrində ciddi müzakirə mövzusuna çevrilib.

Cavad


Müəllif: