22 May 2017 10:50
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in Mosulda insanlara üzərindən kimyəvi silah təcrübəsi apardığı iddiaları ortaya çıxıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, “Tayms” qəzeti 3 il ərzində davam edən təcrübələrin nasist dövründə mövcud olan insan laboratoriyalarında baş verən eksperimentlərə bənzəyir. Məlumata görə, İŞİD-in həyata keçirdiyi təcrübə zamanı bir neçə nəfər ölüb.

Xatırladaq ki, II Dünya Müharibəsi zamanı nasist həkim Jozef Mengele də əsir düşərgələrində olan insanların üzərində müxtəlif təcrübələr aparıb.


Müəllif: Cavad