17 İyul 2014 19:02
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “İndependent” qəzeti Qərb ölkələrindən Suriyaya göndərilən humanitar yardımların əslində İraq və Şam İslam Dövlətinə kömək üçün göndərildiyini iddia edib.

Alınan məlumata görə, “Qərb İŞİDİ necə maliyyələşdirir?” adlı məqalədə qeyd olunur ki, Qərb ölkləri Türkiyə sərhədindəki İŞİD silahlılarının nəzarəti altında olan bölgələrə humanitar yardımlar göndərir.

Humanitar yardımlara qida, tibbi ləvazimatlar, benzin daxildir.

İŞİD isə xalqı əlində saxlamaq üçün qida və benzini onlarla bölüşür.

Qəzetin yazdığına görə, Qərb ölkələri bu yolla İŞİD-i maliyyələşdirərək bölgəni nəzarətdə saxlamağa çalışır.

/ans press/


Müəllif: