17 İyun 2017 19:40
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda hündürmərtəbəli binanın yanması nəticəsində itkin düşənlərin sayı 58 nəfərə çatıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə London polisinin nümayəndəsi Stüart Kandi jurnalistlərə bildirib.

Qeyd edək ki, iyunun 14-də baş verən yanğın nəticəsində ən azı 30 nəfər həlak olub, 24 nəfər xəsarət alıb. Onlardan 12 nəfərin vəziyyəti ağırdır.


Müəllif: Teleqraf.com