25 İyun 2017 14:44
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsi Suriyada vətəndaş müharibəsindən əziyyət çəkən dinc sakinlərə humanitar yardım edəcək.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Rusiyanın baş müftisi Talqat Tacuddin Ramazan bayramı münasibətilə Ufada keçirilən mərasim zamanı bildirib.

Baş müfti digər regionlarda fəaliyyət göstərən müsəlman ruhani idarələrinin bu təşəbbüsü dəstəkləyəcəklərinə ümid etdiyini bildirib.

T.Tacuddin bir sıra ölkələrin və xalqların, ələlxüsus da İslam dünyasının beynəlxalq terrorizmə qarşı birgə mübarizənin və bu istiqamətdə əməkdaşlığın vacibliyini anlamağa başladığını da vurğulayıb.


Müəllif: Səxavət