28 İyun 2017 14:24
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazprom” Türkiyənin daxili bazarını tamamilə tərk edə, yalnız qaz təchizatçısı kimi qala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kommersant” qəzetində dərc olunmuş yazıda bildirilir.

Qəzetin mənbəsi bildirib ki, “Qazprombank” yaşadığı problemlər üzündən “Promak” kompaniyasında iştirakını dayandırır. Həmin kompaniya isə Türkiyəyə qaz idxal edən “Enerco” və “Avrasya” şirkətlərinin səhmlərinin 60 faizinə sahibdir.

Promak “Qazprombank”la “Akfel Holding” treyder şirkətinin 2014-cü ildə yaratdıqları birgə müəssisədir. “Qazprombank” kompaniyanın səhmlərinin 40 faizinə nəzarət edir, qalanları “Akfel Holding”ə məxsusdur.

Qəzet bildirir ki, bir müddət öncə “Qazprom”un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev kompaniyanın Türkiyədəki digər aktivi “Bosphorus gas”ın satılması barədə danışmışdı. Onun sözlərinə görə, Türkiyə bazarı proqnozlaşdırılmayan bazardır və lirənin zəifləməsi, həmçinin tariflərin nizamlanması üzündən cəlbediciliyini itirir.

“Kommersant”ın mənbəsi qeyd edib ki, daha vacib faktorlar sırasında “Bosphorus”un itkiləri dayanıb. Belə ki, kompaniya 2016-cı ildə 100 milyon avro ziyana düşüb.

“Qazprom” “Bosphorus gas”ın səhmlərinin 71 faizinə sahibdir. Şirkət öz payını səhmlərin 29 faizinə sahib olan yerli “Sen Group”a satacaq.

“Kommersant” qeyd edir ki, “Qazprom”un Türkiyə daxili bazarından çıxması onun qazın qiyməti ilə bağlı danışıqlarda mövqeyini gücləndirə bilər. Bununla belə, qəzet “Qazprom”un Türkiyə bazarını tərk etməsi ilə bağlı yekun qərarın hələlik qəbul edilmədiyini vurğulayıb.


Müəllif: Səxavət