28 İyun 2017 19:58
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk vilayətində Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşının olduğu avtomobil partladılıb. Nəticədə xüsusi xidmət orqanlarının 1 əməkdaşı ölüb, 4-ü yaralanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə BBC-yə UTX-nin mətbuat katibi Yelena Qitlyanskaya bildirib. Onun sözlərinə görə, hücum terror aktı kimi kvalifikasiya olunur.

Ukrayna KİV-in yaydığı məlumata görə isə olay Donetsk vilayətinin Konstantinov rayonunda baş verib. Yaralılar əks-kəşfiyyat departamentinin əməkdaşlarıdır. Olayı Ukrayna Hərbi Prokuroruğu araşdırır.

Qeyd edək ki, dünən Kiyevdə içərisində Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin əməkdaşı, polkovnik Maksim Şapovalın olduğu avtomobil partladılıb. Nəticədə o həlak olub.

Səxavət


Müəllif: Teleqraf.com