24 Aprel 2014 14:02

İran prezidenti Həsən Ruhaninin xanımının sarayda təşkil etdiyi möhtəşəm məclis ölkəni qarışdırıb. “Axar.az” xəbər verir ki, həyat yoldaşı Sahibə Arabinin qadınlarla birlikdə bahalı məclis təşkil etməsi əri, prezident Həsən Ruhaninin tənqidlərə tuş gəlməsinə səbəb olub.

Məclisin keçmiş İran şahının Tehrandakı sarayında təşkil olunması qalmaqalı daha da alovlandırıb. İran Parlamentinin deputatları Ruhanini lüks şəraitdə yaşamaqda ittiham ediblər. Onların şikayət ərizəsində, “İranlılar Qərbin sanksiyaları altında əzildiyi bir vaxtda Həsən Ruhani lüks şəraitdə yaşayır” yazılıb.

Qeyd edək ki, ötən ilin avqustunda prezident seçilən Həsən Ruhani Qərbə qarşı yumşaq mövqeyi səbəbindən mühafizəkarların qəzəbinə tuş gəlib.


Müəllif: