17 Avqust 2017 15:05
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın cənubunda yerləşən həbsxanalardan birində silahlı məhbuslarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma nəticəsində 37 nəfər ölüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Amazonas ştatının rəhbəri Liborio Quarulla həftələrdir məhbusların nəzarətində olan həbsxanada hökumət qüvvələrinin yenidən nəzarətini bərpa etmək üçün basqın edilib. Onun sözlərinə görə, toqquşma zamanı ölən 37 nəfərdən nə qədərinin polis olduğu məlum deyil. Baş prokurorluğun açıqlamasında 14 məmurun yaralandığı bildirilir.

Venesuelada ümumilikdə 16 min tutuma malik həbsxanalarda 50 mindən çox məhbus və məhkumun saxlanıldığı deyilir.


Müəllif: Nərgiz