22 Avqust 2017 16:36
2 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında PYD və YPG-nin dövlət qurmasına qətiyyən imkan verməyəcəyik.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

PYD və YPG-nin Suriyada kürd dövləti quracağı haqda fikirlərə Ərdoğanın münasibəti belə olub:

"Bunu da deyirəm: Kürd dövləti-filan deyib-dururlar, mən bunu kürd qardaşlarıma həqarət sayıram. İnanıram ki, mənim kürd qardaşlarım Türkiyənin cənubunda belə bir oyuna əsla fürsət verməzlər.

Suriya ərazisində yeni bir dövlətin qurulmasına qətiyyən imkan verməyəcəyik. Türkiyəni bölmək istəyənlərə dünyanı məzar edərik".

Qeyd edək ki, Türkiyə Suriyadakı PYD və YPG silahlı qruplaşmalarını PKK terror təşkilatının bir hissəsi sayır.


Müəllif: Mahir