17 Oktyabr 2017 19:35
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu tərəfindən peşmərgədən azad edilən Kərkük şəhərinə yeni vali təyin edilib.

Teleqraf.com xəbər verir ki, yeni başçı Rakan Sait Bağdad hökuməti tərəfindən bu vəzifəyə təyin edilib.

"Şəhərdəki həyatın normal axına düşməsi üçün əlimdən gələni edəcəm. Kərkükün təhlükəsizliyinin təmin edilməsi bizim əsas vəzifəmiz olacaq. Şəhərdəki bütün dövlət qurumları işlək vəziyyətə gətiriləcək. Kərkükü tərk edənlərin geriyə qayıtmaları üçün lazımi addımları atacağıq", deyə Rakan Sait bildirib.

Qeyd edək ki, bundan öncəki vali - Nəcməddin Kərim sentyabrın 14-də İraq parlamentinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb. Rakan Sait onun müavini olub.


Müəllif: Teleqraf.com