18 Oktyabr 2017 16:55
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ arasında viza böhranı yaxın günlərdə həllini tapacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, məsələ ilə bağlı aparılan danışıqlar müsbət istiqamətdə irəliləyir.

Qeyd edək ki, Türkiyə polisinin Fətullahçı terror təşkilatı ilə əlaqədə ittiham etdiyi ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Mətin Topuzu saxlaması Ankara-Vaşinqton əlaqələrində böhrana səbəb olub.


Müəllif: Samir