19 Oktyabr 2017 21:58
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin dövlət və hökumət rəsmilərinin əmək haqlarının 10 faiz azaldılması barədə fərmanın müddətini 2018-ci il dekabrın 31-dək uzadıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən ölkə prezidenti, baş nazir və digər yüksək vəzifəli məmurların əmək haqları 10 faiz azaldılıb.

Bu fərman ilk dəfə 2015-ci ildə qəbul edilib. O vaxtdan fərmanın müddəti hər il artırılıb.


Müəllif: Teleqraf.com