20 Oktyabr 2017 11:23
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ortamənzilli Nüvə Silahları müqaviləsinə tam riayət edir.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında deyib.

“Bu müqavilə Sovetlər Birliyinin silahsızlaşdırılmasına yönəlmişdi. Onsuz da ABŞ-ın bu tipli silahları var. Rusiyanın hazırladığı silahlar ABŞ-a cavabdır. Əgər ABŞ bu müqavilədən imtina etsə, biz də edəcəyik”, - Putin bildirib.

Qeyd edək ki, müqavilə SSRİ-inin sabiq prezidenti Mixail Qorbaçov ilə ABŞ-ın ovaxtkı prezidenti Ronald Reyqan arasında 1987-ci il dekabrın 8-də imzalanıb.


Müəllif: Samir