21 Oktyabr 2017 16:44
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Rakkanın İŞİD-dən azad edilməsindən sonra PKK terror təşkilatının keçmiş rəhbəri, hazırda Türkiyədə ömürlük həbs cəzasına məhkum olunmuş Abdulla Öcalanın portretinin qaldırılmasını pisləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Adrien Rankine tərəfindən verilən yazılı açıqlamada Pentaqonun PKK-nı terror təşkilatı saydığı və Türkiyə ilə müttəfiq olduğu xüsusilə vurğulanır:

“Rakkanın İŞİD işğalından azad edilməsi ilə şəhərdə PKK lideri Abdulla Öcalanın portretinin qaldırılmasının heç bir əlaqəsi ola bilməz. Biz bu addımı qınayırıq. ABŞ 1997-ci ildən PKK-nı xarici terrot təşkilatı kimi tanıyıb. NATO-dakı müttəfiqimiz Türkiyənin PKK-ya qarşı apardığı mübarizəni dəstəkləyirik və bu mücadilədə verilən itkilərin fərqindəyik”.


Müəllif: Cavad